Ölkə futbolu

“Qəbələ” ilə oyun öncəsi “İnter”də ciddi itki

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində sabah doğma meydanda "Qəbələ"ni qəbul edəcək "İnter" ciddi itki ilə üzləşib.

"Bankirlər"in kapitanı Nizami Hacıyev İdmanxeber.com-un əməkdaşı ilə söhbətində zədə ucbatından "qırmızı-qaralar"la ilk turdakı matçı buraxmalı olacağını bildirib.

Futbolçu məşq zamanı əzələsini dartdığını, bununla belə növbəti turda qarşılaşacaqları "Qarabağ"la matça hazır olacağını söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43