İdman

Qrup mərhələsi tarixində ən pis başlayan “Qarabağ”

UEFA Çempionlar Liqasının C qrupunun görüşləri çərçivəsində səfərdə “Çelsi”yə 0:6 esabı ilə uduzan “Qarabağ” antirekordla yadda qalıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı açıqlama gətirib. Məlumatda “Qarabağ”ın qrup mərhələsinin başlanğıçında ən ağır məğlubiyyət alan komandası olduğu bildirilib. Daha əvvəl bu aqibəti 2010-cu ildə “Braqa” yaşayıb. Portuqaliya klubu da bu məğluubiyyətə “köhlən atlar” kimi Londonda düçar olub. Maraqlısı ondadı ki, “Arsenal”a səfərdə 6 cavabsız qolla uduzan “Braqa”nın oyununda da Sesk Fabreqas iştirak edib.
Qeyd edək ki, bu nəticə həm də “Çelsi”nin Çempionlar Liqasındakı ən böyük hesablı qələbə rekordunun təkrarı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43