Kateqoriyasız

“Qrupdan çıxmaq şansımız var” – Dani Kintana

“Qarabağ”ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının qrup mərhələsini  I tururunda İspaniya “Sevilya”sına 0:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlama verib.

İspaniyalı yarımmüdafiəçi uduzmaqlarının səbəbini belə izah edib: “Çətin oyun olacağını bilirdik. İlk qola qədər yaxşı çıxış etdik. Qoldan sonra oyunumuz çətinləşdi və konsentrasiyamız pozuldu. Məqsədimiz hər bir oyunu qalib başa vurmaqdır. Çətin və gözəl oyun oldu. Rəqib güclü idi. Uduzmağımızın səbəbi budur. Rəqib İspaniya La Liqasında hazırda 1-ci yerdə gedir. Yaxşı hazırlaşmışdıq. Təəssüf ki, məğlub olduq”.

Kintananın sözlərinə görə, “Qarabağ” “Sevilya” ilə yanaşı Kipr AOPEL-i və Lüksemburqun “Düdelanj” kollektivinin yer aldığı qrupdan çıxa bilər: “Qrupdan çıxmaq şanslarımız var. İlk görüşü uduzmağımızın səbəbi rəqibin güclü İspaniya klubu olmasıdır. Ancaq gələcək oyunlarda, Lüksemburqda qələbə qazancağıq. “Düdelanj” artıq ikinci mövsümdür Avropa Liqasında qrup mərhələsində çıxış edir. Ona görə də bu gün səfərdə AOPEL-i səfərdə 4:3 hesabı ilə məğlub etdilər. Qrupda “Sevilya” hamıdan bir addım öndədir. Digərlərinin şansı eynidir. Çox çətin qrupdur, qələbə qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43