“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb.
İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley Topaz Premyer Liqasının 6-cı turunun “Sabah”la 2:0 hesabı ilə bitən səfər matçına təsadüf edib.
Bu, 2008-ci ildən “Qarabağ”ın “sükanı arxası”nda olan Qurbanovun 451-ci matçına təsadüf edib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib kimi ayrılıb.
Mütəxəssisin “Qarabağ”ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si Premyer Liqa (320 matç), 34-ü avrokuboklar (85 matç), 29-u Azərbaycan kubokuna (46 matç) təsadüf edib