Dünya futbolu

Ramil Şeydayev yenə ehtiyatda qaldı

Milli komandamızın üzvü Ramil Şeydayev formasını geyindiyi “Krılya Sovetov”da yenə ehtiyatda qalıb.

 22 yaşlı hücumçunun komandası Rusiya Premyer Liqasının 9-cu turunda “Rubin”ə  səfərdə 2:1 hesabı ilə məğlub olub. Millimizin üzvü bu oyunu da digər matçlar kimi kənardan izləyib.  Samara klubunun baş məşqçisi Andrey Tixinov ona oynamaq şansı verməyib.

Qeyd edək ki, Ramil bundan əvvəlki 4 ölkə çempionat oyununda da ehtiyatda qalıb. Gənc hücumçu bu komandanın heyətində cəmi 1 oyun keçirib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43