Qurbanov Millətlər Liqasındakı oyunlarımızdan danışıb.
İdmanxeber.az-ın məlumatına görə,millimizin baş məşqçisi Qurban Qurbanov UEFA-nın rəsmi saytına açıqlama verib.
“Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır”.

