Ölkə futbolu

Qurban Qurbanov: “Meydan əvvəlkindən pis idi”

Qurbanov məğlubiyyətdən danışdı.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “Qarabağ” doğma meydanda BATE-yə 0-1 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov məğlubiyyət haqqında fikirlərini söyləyib. O, meydanın əvvəlkindən pis olduğunu bildirib:

“BATE düşündüyüm kimi oynadı. Rəqib ilk hissədəki imkanlarından yaxşı istifadə edə bildi. Sürətli hücumlar təşkil edirdilər. Bugün meydan da əvvəlkindən pis idi. Ancaq iki komanda da, eyni yerdə mübarizə aparırdı. Bunu bahanə edə bilmərik. Avqustun 10-da Azərbaycan Premyer Liqasında “Zirə” ilə oyunumuz var. PFL və “Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43