Ölkə futbolu

BATE-nin baş məşqçisi: “İkinci qolu vurmaq istəyirdik”

Belarusiyalı qələbədən danışdı.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” doğma meydanda BATE Borisova 0-1 hesabı ilə məğlub olub.

Oyunun ardından qonaqların baş məşqçisi Aleksey Baqa qazandıqları qələbədən danışıb. O, ikinci qolu da vurmaq istədiklərini bildirib:

 ” Hələlik turun taleyi barəsində nəsə demək çətindir. Qolu vurduqdan sonra meydan sahibləri üzərimizə gələrək, təzyiqi artırdı. Biz isə ikinci qolu vurmaq istəyirdik.  Düşünürəm ki, qarşılaşmada hesabı açmağımız həlledici oldu. Unutmayaq ki, daha bir çətin qarşılaşma bizi gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43