Kateqoriyasız

Qurban Qurbanovun açıqlaması Ermənistanda əks-səda yaratdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Albaniya millisinin “Avro-2016”da Ermənistana qalib gələcəyi halda Ağdam klubunun alban oyunçuları Ansi Aqolli və Admir Teliyə mükafat verəcəyi haqda açıqlaması Ermənistanda əsk-səda doğurub.

İdmanxeber.com-un məlumatına görə, bu ölkənin armfootball.com, arm-world.ru, www.russia-armenia.info saytları Qurbanovun fikrini oxucularına göstərib.

Yazılarda “Qarabağ”ın və Albaniya millisinin üzvü Ansi Aqollinin zarafatla söylədiyi “Qarabağ”da mənə dedilər ki, Ermənistan uduzsaz, geri qayıtma” sözləri də əksini tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43