Qvardiola “Mançester Siti”dən ayrılmaq istəyə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın gələcəyi klubda qeyri-müəyyəndir.
55 yaşlı ispaniyalı çalışdırıcının müqaviləsi 2027-ci ilə qədərdir, lakin uzatması çətin görünür.
Qvardiola 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir və bu müddətdə klub dəfə İngiltərə çempionu,
2 dəfə ölkə kuboku, 4 dəfə Liqa kuboku,
3 dəfə Superkubok qalibi olub. 2023-cü ildə isə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazanıb.
Hazırda komanda Premyer Liqada 47 xalla 2-ci pillədədir və həmçinin Çempionlar Liqasında 1/8 finalda, Liqa kubokunun finalında və ölkə kubokunun 1/16 finalındadır.

