Kateqoriyasız

Rəşad Sadıqov onları bağışladı

“Zirə”də əvəzedici komandaya göndərilən futbolçular Təmkin Xəlilzadə və İlkin Muradov əfv edilib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarımmüdafiəçi yenidən əsas komandaya qaytarılıb.

Qeyd edək ki, Xəlilzadə və Muradov bir müddət öncə transferə çıxarılmışdı. Onlar məşqlərini əvəzedici heyətdə davam etdirirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43