06 İyun 2026
Kateqoriyasız

Ramil Şeydayev oynamadı, komandası xal itirdi

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tayland çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, sözügedən komanda evdə “Ratburi” ilə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.

Ramil bu görüşdə iştirak etməyib. Onun adı heyətə daxil edilməyib.

“Buriram Yunayted” Tayland çempionatında 11 turdan sonra 17 xalla 4-cü sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43