“Real” yay transfer dönəmində “Liverpul”un müdafiəçisi İbrahima Konateni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 26 yaşlı futbolçunu azad agent kimi heyətinə cəlb etmək istəyirdi. Ancaq “kral klubu” artıq “Liverpul”a 25 milyon avroluq rəsmi təklif hazırlayıb.
İngiltərənin son çempionu isə Konatenin satışından 50 milyon avro qazanmaq istəyir.

