05 İyun 2026
Dünya futbolu

“Real” ulduz futbolçunu transfer etmək istəyir

Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Real”ın maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq. “Kral klubu” rəhbərliyi  futbolçunu münasib qiymətə transfer edə bilər.

Silva bu mövsüm 40 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun dəyəri 45 milyon avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43