“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos UEFA Çempionlar Liqasının “Arsenal”la cavab matçında oynaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun London klubuna qarşı oynaması gözlənilir. Həkimlər Sebalyosun sağalacağını ehtimal edir.
Çempionlar Liqasının 1/4 finalının ilk oyunu “Real”ın səfərdə “Arsenal”a 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab matçı aprelin 16-da keçiriləcək.

