Dünya futbolu

Renat Dadaşov: “Əsas məqsədim inkişaf etməkdir”

Millimizin və “Ayntraxt”ın futbolçusu Renat Dadaşov “Frankfurt”a 5:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına açıqlama verib.

Qarşılaşmada komandasının üçüncü qolunu vuran gənc forvard əsas məqsədinin inkişaf etmək olduğunu söyləyib:

“Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı. Bunu bacaranda tüklərim biz-biz oldu. Artıq yeni mövsümə köklənmək vaxtı çatıb. Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir. Yeni mövsümdə daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdir”.

Qeyd edək ki, Renat Dadaşov yay transfer pəncərəsində “Ayntraxt”la peşəkar müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43