Kateqoriyasız

Renat Dadaşov Portuqaliyada növbəti oyununa çıxdı

Futbol üzrə Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Renat da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. 90-cı dəqiqədə isə millimizin forvardı sarı vərəqə ilə cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43