15 İyul 2026
Dünya futbolu

Renatlı “Hatayspor” “Trabzonspor”a qarşı

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” bu gün Superliqada növbəti oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Volkan Demirelin çalışdırdığı komanda öz meydanında “Trabzonspor”u qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, “Hatayspor” 5 turdan sonra 7 xalla 10-cu sıradadır. “Trabzonspor” isə 9 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43