İdman

Rio Olimpiadası: Bu gün hansı idmançılarımız mübarizəyə qoşulur?

Bu gün Rio Olimpiadasında Azərbaycanın dörd idmançısı çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə. ilk olaraq cüdoçu Nicat Şıxəlizadə (66 kq) mübarizəyə qoşulacaq.

1/16 final görüşündə onun rəqibi ispaniyalı Suqoy Uriarte olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Daha sonra velosiped idmanının şosse növü üzrə mübarizə aparan Yelena Pavluxina mübarizəyə qoşulacaq. Yürüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək. İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlayacaq

Komandamızın bayraqdarı, boksçu  Teymur Məmmədov də gecə saat 02:00-da rinqə çıxacaq. O, ukraynalı Denis Solonenko ilə 1/16 final qarşılaşmasına çıxacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43