İdman

Rioda qızıl yenə əldən getdi (YENİLƏNİB)

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir.

Idmanxeber.com-un məlumatına görə, millimizin üzvü Elmar Qasımov da mötəbər turnirdə mübarizəyə qoşulub və finala yüksəlib.

O, 1/16 final mərhələsində rusiyalı Taqir Xaybullayevlə üz-üzə gəlib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib.

Bundan sonra 1/8 finalda əlcəzairli Lyes Bouyakubla qarşılaşan Elmar bu rəqibini də sıradan çıxarıb.

Yarımfinala gedən yolda idmançımızın rəqibi misirli Dərviş Ramazan olub. Elmar bu görüşdə ipponla qələbə qazanıb.

Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Finalda isə rəqib çexiyalı Lukas Krpalek olub. Çexiyalı idmançı Elmara ipponla qalib gəlib və cüdoçumuz gümüş medalla kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43