01 İyul 2026
Dünya futbolu

“Roma” kapitanını itirdi

“Roma”nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini mövsümün sonunadək sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Roma komandasının kapitanı məşq zamanı sağ bud nahiyəsindən zədələnib. Yarımmüdafiəçinin sağalması üçün təxminən iki ay vaxt lazım olacaq.

Bu mövsüm 28 yaşlı italyan bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

35 oyundan sonra “Roma” 63 xalla A Seriyasında 5-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43