Ölkə futbolu

Roman Pivarnik: “Bakıdakı oyuna yaxşı hazırlaşırıq”

“Bakıdakı cavab oyununa hazırlığı davam etdiririk. Rəqibi qdəyərləndirməyə bilmərik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik klub saytına açıqlamasında deyib:

 

“İstəyirəm ki, futbolçularım ilk matça necə yanaşırdılarsa, bu görüşə də elə yanaşsınlar. Ancaq bu dəfə sonluğu yaxşı gətirmək lazımdır. Futbolda rəqibi qiymətləndirməmək olmaz. “Qarabağ”la oyunlar arasında fasilə kifayət qədər oldu. Matç günündə oyunçular tam hazır olacaqlar. Heyətdə ciddi dəyişikliklər gözlənilmir”.

Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 2-də Çexiya təmsilçisi ilə cavab matçına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43