22 İyul 2026
Dünya futbolu

Ronaldo 2 illik müqaviləyə qol çəkdi – RƏSMİ

Kriştiano Ronaldo karyerasını “Əl-Nəsr”də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. Səudiyyə klubu portuqaliyalı ulduz futbolçu ilə 2 illik müqavilə uzadıb.

40 yaşlı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Ronaldo bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 105 rəsmi matçda 93 qol və 19 məhssuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43