“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə klubu ilə müqaviləsi bu yay başa çatdıqdan sonra “Sportinq”ə qayıtmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı ulduz futbolçu bir çox Avropa klublarının transfer etmək istədiyi Viktor Qyokereşi əvəz edə bilər. Ronaldo maaşının azaldılmasına razılıq verməyə hazırdır.
Bu mövsüm portuqaliyalı bütün turnirlərdə 39 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt”a görə onun bazar dəyəri 12 milyon avrodur.
Ronaldo 1997-2003-cü illərdə üzvü olduğu “Sportinq” akademiyasının yetirməsidir.

