Milli komanda

Rövnəq Abdullayev: “Yığmamız qalib gəlməklə sanki yeni nəfəs aldı”

AFFA prezidenti Rövnəq Abdullayev “Avro-2016″nın seçmə mərhələsində milli komandamızın Maltaya qalib gəldiyi oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, qurum başçısı bu qələbənin uğurun başlanğıcı olduğunu bildirib:

“Vacib qələbə idi. Robert Prosineçki debüt matçında qələbə qazandı. Bu, uğurun başlanğıcıdır. Malta güclü rəqib idi. Onlar Bolqarıstan millisindən xal ala bilmişdi. Bu oyunda yığmamız qalib gəlməklə sanki yeni nəfəs aldı. İnanıram ki, komandamız bundan sonra daha yaxşı oyun sərgiləyəcək”.

Qeyd edək ki, öz meydanında Malta ilə qarşılaşan Azərbaycan millisi inamlı qələbə qazanıb – 2:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43