07 İyun 2026
Dünya futbolu

Rusiya Amerika ilə yoldaşlıq matçı oynaya bilər

FİFA agenti Mezmuredavit Desta Rusiya və ABŞ yığmaları arasında yoldaşlıq oyununun təşkil olunma ehtimalını şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, o, “Bəli, bu oyun mümkündür. ABŞ yığması oynamağa hazırdır, münasib tarixlər var. Bu oyunun FİFA ilə razılaşdırılmasında heç bir problem olmayacaq” – deyə, bildirib.

O qeyd edib ki, matçın təşkilinə başlamaq üçün yalnız Rusiya Futbol İttifaqının (RFS) razılığı çatışmır.

Sentyabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov FİFA rəhbərliyində Rusiya və ABŞ yığmaları arasında yoldaşlıq görüşünün təşkil olunması imkanının müzakirə edildiyini açıqlamışdı.

Milli komandalar son dəfə 2012-ci ilin noyabrında Krasnodarda üz-üzə gəlib. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Ümumilikdə isə tərəflər 5 oyun keçirib – onlardan 2-də ruslar qalib gəlib, 3 görüş isə heç-heçə ilə yekunlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43