08 İyul 2026
Kateqoriyasız

Rusiya Avropa Oyunlarından imtina edib

Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Ves Sport” xəbər yayıb. 

EOK-un İcraiyyə Komitəsi 2015-ci ilin noyabrında bəyan etmişdi ki, Rusiya 2019-cu il Avropa Oyunlarının keçirilməsinə yeganə namizəddi. İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib:

“Ölkəmizdə 2019-cu ilin heç bir Avropa Oyunları olmayacaq. Əvvəla, Rusiyada böyük idman yarışlarının təqvimi artıq çoxdan yazılıb. İkincisi, belə böyük yarışların keçirilməsinə ərizə verməyin məqsədəuyğun olmadığı bir sıra səbəblər var – bu, həm cari iqtisadi, həm də siyasi vəziyyətdi”, – deyə, nəşr Mutkonun sözlərindən sitat gətirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43