Dünya futbolu

Rusiya millisinə yeni baş məşqçi təyin edilib – RƏSMİ

Rusiya milli komandasına yeni baş məqşçi təyin edilib.

İdmanxeber.com-un “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, müvafiq qərar Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.

Qərara əsasən, bu vəzifə Stanislav Çerçesova həvalə olunub. Onunla 2 illik – DÇ-2018-in son oyununa qədər müqavilə imzalanıb.

Xatırladaq ki, 52 yaşlı mütəxəssis buna qədər “Terek”, “Amkar”, “Dinamo” və “Legiya” (Polşa) klublarını çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43