Dünya futbolu

“Səbail” və “Zirə”nin legionerləri oynadı, komandaları qalib gəldi

Millətlər Liqasının D qrupunda Moldoviya San Marinonu 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatıan görə,  “Zirə”nin hücumçusu Aleksandr Dedovla “Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova yığmasının heyətində Millətlər Liqasının D Liqasında San Marinoya qarşı oynayıblar.

 Yevgeni Koçuk 1:0 hesabı ilə başa çatan görüşdə 60 dəqiqə meydanda olub. Dedov isə 66-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43