Kateqoriyasız

“Sabah diqqətli olmalıyıq” – Dani Kintana

Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o deyib ki, sabah maksimum diqqətli olmalıdırlar:

“Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki “Düdelanj” tam başqa komandadır, yetəri qədər təcrübələri var, tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43