Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Kəpəz”i qəbul edib. Görüş ev sahibi komandanın qələbəsi ilə başa çatıb – 3:2.
Digər matçda isə 6-cı yerdəki “Araz Naxçıvan” 5-ci pillədəki “Səbail”in qonağı olub. Görüş sülhlə başa çatıb – 2:2
Xatırladaq ki, 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
17 fevral (şənbə)
16:00. “Sabah” – “Kəpəz” 3:2
Qollar: Martins Junior, 6 (0:1), Kahim Parris, 38 (1:1), Cesse Sekidika, 55 (2:1), Kristian Da Silva, 79 (3:1), Amil Yunanov, 84 (3:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”
18:30. “Səbail” – “Araz-Naxçıvan” 2:2
Qollar: Ramalinqom, 13 (1:0), Orxan Əliyev, 31(1:1), Orxan Əliyev, 35 (1:2), Ramalinqom, 61 (2:2)
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”

