Ölkə futbolu

“Sabah”ın CİDDİ İTKİLƏRİ

Misli Premyer Liqasının VII turunda “Səbail”i qonaq edəcək “Sabah” bu matça ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a bildirib ki, komanda bu görüşdə Abdullaye Ba və Aleksey İsayevsin xidmətindən istifadə edə bilməyəcək. Portuqaliyalı müdafiəçi “Qarabağ”la matçda qırmızı vərəqə aldığı üçün bu görüşü buraxacaq. Aleksey İsayev isə sarı kart limitini doldurduğu üçün “Səbail”lə matçda meydanda olmayacaq.

Bundan əlavə, Ağdam təmsilçisi ilə oyunda meydandan qovulan komandanın baş məşqqçisi Murad Musayev də görüşü tribunadan izləməli olacaq.

Qeyd edək ki, “Sabah” – “Səbail” matçı sentyabrın 16-da, saat 18:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43