Kateqoriyasız

“Zenit”in futbolçusu millimizdə – Siyahı

Sentyabrın 18-dən 28-dək Bolqarıstanın Albena şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan U-19 millisi sentyabrın 14-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

İdmanxeber.az xəbər verir ki, Bakı toplanışından sonra Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yekun heyət müəyyənləşəcək.

Hazırlıq prosesinə 25 futbolçu dəvət olunub:

Sahib Həsənov, Edgar Ədilxanov, Qurban Səfərov (“Şamaxı”), Rəvan Kazımov, Rüfət Abbasov, Nurlan Musayev, Ağadadaş Salyanski (“Neftçi”), Xəyal Fərzullayev, Ayxan Süleymanlı (“Sumqayıt”), İbrahim Ramazanov, Samir Ağayev, Şahin Şahniyarov (“Qəbələ”), Emin Rüstəmov (“Səbail”), Nuğay Rəşidov (MOİK), Musa Məmmədov, İbrahim Ağayarov, Nəriman Axundzadə (“Qarabağ”), Firəddin Abdullayev, Həmzəalı Mikayılov, Nicat Quliyev (“Sabah”), Cavad Kərimov (“Kəpəz”), Mahmud Ağayev (“Zirə”), Nahid Əliyev (“Zenit”, Rusiya), Ceyhun Hacıyev (“Paderborn 07”, Almaniya), Sadiq Şəfiyev (“Turan Tovuz”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43