22 İyun 2026
Dünya futbolu

Sabiq “Barselona”lı Nərimanın komanda yoldaşı oldu

ABŞ-ın “Kolambus Kru” klubu heyətini tanınmış yarımmüdafiəçi ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeş ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb. Sazişdə anlaşmanın daha bir il uzadılması imkanı da yer alıb.

32 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya” və “Barselona”, İngiltərənin “Everton”, Fransanın “Lill” klublarında çıxış edib. O, “Barselona” ilə İspaniya çempionu olub və Portuqaliya yığması ilə 2016-cı ildə Avropa çempionluğunu qazanıb.

Xatırladaq ki, Nəriman Axundzadə də “Kolambus Kru”ya transfer olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43