08 İyul 2026
Ölkə futbolu

Sabiq “Neftçi”li Azərbaycan millisinə şans vermədi: “Qalib gələcəyik”

“Neftçi”nin sabiq macarıstanlı futbolçu Mark Tamaş yerli mətbuata bu gün keçiriləcək Azərbaycan – Macarıstan görüşü barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Tamaş ölkəsinin bu matçda qələbə qazanacağını bildirib: 

 “Məncə, Macarıstan yığması görüşdə qalib gələcək. Seçmə mərhələyə yaxşı hazırlanmaq üçün bu oyunda qələbə qazanmaq lazımdır. Çünki məşqçilər yoldaşlıq görüşlərində müxtəlif taktikanı, yeni oyunçuları sınaya bilirlər. Azərbaycanla oyun da qarşıdakı rəsmi matçlar öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir”.

M.Tamaş Azərbaycan yığmasının güclü və zəif tərəfləri barədə də danışıb: “Millinizin əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belə də futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür”.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43