Kateqoriyasız

Şahruddinin 3 rəqibi

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzinə düşüb.

İdmanxeber.az xəbər verir ki, qitə futbol qurumu qolkiperin Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la matçdakı seyvini fərqləndirib.

Turnirdə 3-cü turun ən yaxşı qurtarışları ilə bağlı “tvitter”də paylaşım edən UEFA “Dörd əla seyv. Sevdiyiniz?” başlığı altında 4 qapıçının mükəmməl seyvini azarkeşlərə təqdim edib.

Şahruddinin “Olimpiakos”la görüşün əvvəllərində rəqibin cərimə zərbəsinə göstərdiyi reaksiya da fərqlənənlər sırasında olub. Onunla yanaşı, “Omoniya”nın qapıçısı Fabianonun “Mançester Yunayted”lə, AEK-in qolkiperi Kenan Piriçin “Fənərbaxça” ilə, “Betis”li Klaudio Bravonun isə “Roma” ilə görüşdəki qurtarışı da ən yaxşılardan biri kimi təqdim olunub.

Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43