Kateqoriyasız

“Artıq rəqib komandalar bizi tanıyır” – Qara Qarayev

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Yunanıstanda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı oyunçu çətin səfərdə önəmli qələbələrdən birini qazandıqlarını bildirib:

“Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik. Bizim ölkədəki komandalar futbol oynaya bilir. Bu anlayışı çatdırmağa çalışırıq.

Qarşılaşma bizim üçün ağır başladı. İlk hissədə rəqibin təzyiqləri var idi. Bizim də qol şanslarımız olmuşdu. Amma ümumilikdə oyunun gedişatı bizim nəzarətimizdə idi və ikinci yarıda qollarımızı vurduq. Parlaq və “Qarabağ”ın adına yaraşan qələbə oldu. Rəqibin kimliyindən asılı olmayaraq, daha cəsarətli oynamağa başlamışıq.

Hər yerdə öz futbolumuzu sərgiləmək istəyirik. Artıq rəqib komandalar bizi tanıyır. Bu, komandanı bir az narahat edə bilər. Bu səbəbdən işimizdə daha ciddi və məsuliyyətli olmalıyıq. Fikrimiz dünənki qalibiyyətdə qalsa, bundan sonra uğur qazana bilməyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43