Kateqoriyasız

Marko Veşoviç “Olimpiakos”la oyunla bağlı dedi?

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Yunanıstanda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra matçla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi çətin qarşılaşmada vacib qələbə qazandıqlarını bildirib:

“İlk hissədə şanslardan yararlana bilmədik. Ancaq ikinci yarıda rəqibin verdiyi boşluqlardan istifadə etdik və qollar vurduq. Hər gün məşqlərdə bütün gücümüzlə çalışırıq ki, matçlarda əlimizdən gələni edək və bacardığımız qədər çoxlu qol vuraq.

Artıq qarşıdakı matçlara baxırıq. Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43