Dünya futbolu

Salaha ərəblərdən möhtəşəm təklif

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubu Muhammed Salahı transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik misirliyə mövsümü 90 milyon avro maaşla iki illik müqavilə təklif edir. “Liverpul” 31 yaşlı hücumçu üçün 60 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.

Salah ötən mövsüm klubda 51 oyuna çıxıb, 30 qol vurub və 16 məhsuldar ötürmə verib. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43