Misli Premyer Liqasının XXXIII turunda “Şamaxı” doğma meydanda “Səbail”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da matça itkilərlə çıxır. Ev sahibinin heyətində zədəli olan Vasiliye Radenoviçlə Rafael Məhərrəmli görüşdə forma geyinə bilməyəcək.
“Səbail”də isə 4 futbolçu bugünkü matçda iştirak etmir. Cəzalı Dmitro Litvinlə zədəli Ayman, Qorka Laruçça və Cabir Əmirli görüşü kənardan izləyəcək.
Qarşılaşma bu gün saat 17:00-da start götürəcək.

