21 İyun 2026
Ölkə futbolu

Silva ən zəif, Cəfərquliyev ən yaxşı seçildi – 6 qollu məğlubiyyət

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Ağdam təmsilçisi İngiltərə “Nyukasl”ını Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların böyükhesablı qələbəsilə başa çatıb – 6:1.

Matçın ardından futbolçuların performansları qiymətləndirilib. Komandamızda ən zəif çıxış edən oyunçu Mateus Silva olub (4.7). Elvin Cəfərquliyev isə “Qarabağ”ın ən yaxşısı seçilib (6.4).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43