“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirməyi yaxındır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi bir müddətdir 28 yaşlı yarımmüdafiəçi Matye İfeanyi ilə danışıq aparır. Artıq danışıqların müsbət nəticələndiyi bildirilir.
“Ağ-qaralar” futbolçu ilə bütün məsələlərdə anlaşıblar. Transferin bu həftəsonuna qədər rəsmən açıqlanması gözlənilir.
Nigeriyalı yarımmüdafiəçisi və sağ cinah yarımmüdafiəçisi karyerası ərzində “Kanemi Varriors”, “Kano Pillars”(hər ikisi Nigeriya), “Lillestrom”(Norveç), “Osmanlıspor”(Türkiyə) və “Sürix”(İsveçrə) klublarında oynayıb.

