22 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Neftçi”nin futbolçusu Kiprin iddialı klubu ilə anlaşdı – ÖZƏL 

“Neftçi”nin futbolçusu karyerasını Kiprdə davam etdirəcək. Söhbət U-21 millimizin üzvü Murad Məmmədovdan gedir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi bu ölkənin “Pafos” klubu ilə anlaşıb.Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.

Kipr təmsilçisi Məmmədovla 4 illik müqavilə imzalayacaq. Mövsümün sonu “Neftçi” ilə sözləşməsi bitəcək millimizin üzvü yeni komandasına yayda azad agent kimi qoşulacaq.

“Pafos” hazırda Kipr çempionatında 4-cü pillədə qərarlaşıb. 

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43