“Turan Tovuz”un hücumçusu Joarlem Santos ciddi zədə alıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə məşqçi Yunis Hüseynov “Araz Naxçıvan” oyunu (1:1) sonrası deyib. O, futbolçunun məşqdə ciddi zədə aldığını bildirib.
Hüseynov Santosun əməliyyat olunacağını və hücumçu üçün mövsümün erkən bitdiyini sözlərinə əlavə edib.

