Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslayi gələcəyi ilə bağlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul”un futbolçusu bildirib ki, yeni müqavilə ilə bağlı hələlik real irəliləyiş yoxdur. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir:
“Yeni sözləşmə məsələsində ciddi irəliləyiş yoxdur. Mənim müqaviləm 2028-ci ilə qədərdir və hər gün, hər həftə çalışmağa hazıram. Sonrası isə zamanla bəlli olacaq. Özümü uzunmüddətli perspektivdə burada görürəm, amma bu, mənim əlimdə deyil. Burada olmaqdan məmnunam, azarkeşləri sevirəm, ailəm də xoşbəxtdir. Gələcəyimlə bağlı tam sakitəm”.
Qeyd edək ki, futbolçu 2023-cü ildən “Liverpul”da çıxış edir. O, bu müddət ərzində 141 oyunda 27 qol vurub və 22 məhsuldar ötürmə edib.

