Dünya futbolu

Spaletti “Napoli”dən ayrıla bilər – səbəb…

“Napoli”nin baş məşqçisi Luçano Spaletti komandanı tərk edə bilər.

İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin “Napoli”nin sahibi Aurelio de Laurentislə münasibətləri pisləşib. Daha əvvəl Spallettinin maaşının artırılmasını istədiyi bildirilirdi.

Bu mövsüm “Napoli” 1990-cı ildən sonra ilk dəfə İtaliya çempionu olub. Spaletti 2021-ci ilin yayından neapollulara başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43