08 İyul 2026
Kateqoriyasız

“Sumqayıt”ın futbolçusu “Neftçi”də?

Son 2 mövsümdə “Sumqayıt”da çıxış edən Cəmil Hacıyev komandadan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, perspektivli müdafiəçinin müqaviləsinin müddəti başa çatıb.

Onun “gənclik şəhəri” təmsilçisinin heyətində qalmaq istəməməsinin səbəbi olub. Belə ki, “İnter”in yetirməsi olan istedadlı gənc futbolçu iddialı komandalardan cəlbedici təklif alıb.

Etibarlı mənbələrdən əldə etdiyimiz bilgiyə görə, son mövsümü avrokuboklar zonasında bitirən komandalardan ikisi onu heyətində görmək istəyir. Hətta bu klublardan birinin “Neftçi” olduğu bildirilir.

Qeyd edək ki, 21 yaşlı müdafiçi cari mövsüm Premyer Liqada 24 oyunda toplam 1881 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43