08 İyul 2026
Kateqoriyasız

Cavid Hüseynov məhkəmədən bəraət istədi

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov son sözlə çıxış edib.

O, bəraət hökmünün çıxarılmasını istəyib. Proses mayın 31-də davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43