Azərbaycan U-21 millisinin sabiq futbolçusu Dmitri Nağıyev İdmanxeber.az saytına açıqlama verib.
Qırğızıstanın “Cəlal-Abad” klubunda forma geyinən həmyerlimiz karyerasını Azərbaycanda davam etdirmək istədiyini bildirib:
“Təəssüf ki, Azərbaycandan mənə təklif gəlmir. Ukraynada davamlı oynayanda da heç kim mənimlə maraqlanmırdı. Bunun səbəbini özüm də bilmirəm. Futbolda hər zaman olmasa da, bəzən belə şeylər olur. Hazırda karyeramı Qırğızıstanda davam etdirirəm. Super Kubokun finalında məğlub olduq. Çempionat isə yeni başlayır. Necə olacağını zaman göstərəcək”.
Nağıyev Azərbaycan U-21 yığmasının heyətində 2 ooyun keçirib. O, bir dönəm “Sumqayıt”da da çıxış edib.

