22 İyul 2026
İdman

Tiflisdə gürcülər “Qəbələ” azarkeşlərinə hücum edib, ölkəmizi təhqir etdilər – FOTOLAR

Ötən gün Avropa Liqasının I təsnifat mərhələsinin Tiflisdə keçirilən “Dinamo” – “Qəbələ” oyunundan sonra qalmaqal yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, “Dinamo” azarkeşləri “Qəbələ”nin Tiflisə gedən tərəfdarlarına hücum ediblər. Gürcülər həmyerlilərimizdən “Qəbələ”nin bayrağını və atrinutlarını zorla alıblar. Hadisə yerində olan azarkeşlərdən biri stadium.az-ın  əməkdaşına bildirib ki, gürcülər bunu “Neftçi” – “Çixura” oyununda Bakıda gürcü azarkeşlərin sıxışdırılmasın aetiraz əlaməti olaraq etdiklərini bildiriblər. Onlar Azərbaycan və “Qəbələ”nin bayrağını həmyerlilərimizdən zorla alaraq, tərsinə şəkillər çəkdirərək dövlətimizin milli atributunu təhqir etməkdən də çəkinməyiblər. (stadium.az)

Məlik Cabbarov'un fotoğrafı.

Məlik Cabbarov'un fotoğrafı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43